Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Hazırda oxunan: Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

619301

Oman sahillərində batmış Hindistana məxsus "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisinin 14 nəfərlik heyəti xilas olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın Omandakı səfirliyi "X" platformasında məlumat yayıb.
 

Açıqlamaya görə, xilasetmə əməliyyatı başa çatıb, bütün dənizçilər Mumbaya istiqamətlənən "Jabal Ali 9" gəmisinin göyərtəsindədir və onların həyatına təhlükə yoxdur.


Hindistan gəmisinin Oman sahillərində mexaniki nasazlıq səbəbindən batdığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin