İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

Hazırda oxunan: İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

619268

İran ilə ABŞ arasında pərdəarxası aparılan diplomatik danışıqlarda ciddi böhran yaranıb. İranın danışıqlardakı nümayəndə heyətinin rəhbəri, parlamentin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf rəsmi Tehranın Vaşinqtonla gözlənilən sazişi imzalamaqdan imtina edə biləcəyinə dair növbəti kəskin bəyanatla çıxış edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi son hava zərbələri səbəb olub.

Spiker öz rəsmi açıqlamasında Ağ Evin regional siyasətini kəskin tənqid edərək bildirib:

"Birləşmiş Ştatlar ya öz öhdəliklərini yerinə yetirmək üçün siyasi iradəyə malik deyil, ya da bunu etməyə qadir deyil. İsrail rejiminə “yaşıl işıq” yandırmaqla heç bir güzəştə nail ola bilməyəcəksiniz. “Yaxşı və pis polis” oyunu çoxdan köhnəlib. Əgər götürdüyünüz öhdəlikləri yerinə yetirmək üçün nə iradəniz, nə də imkanınız varsa, o zaman bu yolu davam etdirməkdən danışmaq artıq qeyri-mümkündür".
 

Xatırladaq ki, İsrail ordusunun Beyrutun cənubuna təşkil etdiyi son hava hücumunda "Hizbullah"ın mühüm rəhbərlərindən birinin hədəf alındığı bəyan edilib.


Siyasi şərhçilər vurğulayırlar ki, bu hücum fonunda İranın danışıqlar prosesində yenidən tərəddüd etməsi, regionda gərginliyin azaldılması və sanksiyaların ləğvi istiqamətində Vaşinqtonla əldə olunması gözlənilən razılaşmanı tamamilə iflasa uğrada bilər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin