Tacikistan və Böyük Britaniya diplomatları Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Hazırda oxunan: Tacikistan və Böyük Britaniya diplomatları Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

618849

Londonda Tacikistan xarici işlər nazirinin müavini Şərəf Şeralizoda və Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Doçerti əməkdaşlıq haqqında idarələrarası sənəd imzalayıblar.

 

Bu barədə Tacikistan XİN  məlumat yayıb.

 

Dialoq zamanı tərəflər siyasət və iqtisadiyyat, investisiya və biznes, təhsil və mədəniyyət, su və iqlim, terrorizm və ekstremizm kimi təhlükəsizlik çağırışları və təhdidləri, habelə narkotiklərlə mübarizə sahələrində ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.

 

Görüşdə Əfqanıstandakı vəziyyət və sərhədlərin möhkəmləndirilməsinin zəruriliyi mövzularına toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin