Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

Hazırda oxunan: Tramp İranı ələ saldı: “Allaha həmd edib təslim ola bilər”

618747

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, mümkün razılaşma ehtimalları və regiondakı hərbi gərginlik barədə sərt və diqqətçəkən açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri  “Fox News” telekanalına verdiyi geniş müsahibədə danışıb.
 

Tramp bildirib ki, İranla əldə oluna biləcək mümkün razılaşma tarixin ən böyük razılaşması ola bilər. Onun sözlərinə görə, Tehran tərəfi istəsə, vəziyyəti qəbul edə və “təslimiyyət” mövqeyi sərgiləyə bilər.


“Biz təslim oluruq, biz bitdik. Allaha həmd olsun ki, ABŞ ən böyük gücdür”, - deyə, Tramp İranı ələ salıb.

O, eyni zamanda mediaya da toxunaraq, bəzi xəbərlərin İran üçün bu prosesi “qələbə kimi göstərməyə çalışdığını” bildirib və bunu “yanlış təqdimat” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin