Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

Hazırda oxunan: Tramp:"Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam" - VİDEO

618736

Vaşinqton İran hökumətini devirmələri üçün silahı ölkədəki hakimiyyət əleyhdarlarına ötürməyə çalışıb.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının efirində bildirib.

"Amma regional müttəfiqlər bizi pis vəziyyətdə qoydu", - o qeyd edib.

Trampın sözlərinə görə, ABŞ silahı İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verib, lakin "onlar silahı başqalarına ötürmək əvəzinə özləri üçün saxlayıblar".

"Kürdlər bizi pis vəziyyətdə qoydu. Amma mən bunu unutmayacağam", - o bildirib.

ABŞ lideri həmçinin deyib ki, əvvəlcədən belə bir planın əleyhinə olub, çünki kürdlərin silahı özləri üçün saxlayacağından şübhələnirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin