ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində Qvineya-Bisau bayrağı altında üzən "M/T Jalveer" neft tankerinə zərbə endirildiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Amerika hərbi komandanlığının məlumatına görə, sözügedən gəmi qüvvədə olan məhdudiyyətləri (sanksiyaları) pozaraq İrandan neft nəql etməyə cəhd göstərib.
CENTCOM iddia edir ki, gəminin heyəti ABŞ qüvvələrinin xəbərdarlıqlarını və tələblərini bir neçə dəfə görməzdən gəlib. Bundan sonra tankerin maşın şöbəsinə havadan "Hellfire" raketləri ilə zərbələr endirilib.
Qeyd olunur ki, bu, son bir həftə ərzində ABŞ-nin bölgədə sıradan çıxardığını bəyan etdiyi artıq üçüncü kommersiya tankeridir.
Bizim.Media
































































































