Xameneinin dəfn mərasiminin TARİXİ AÇIQLANDI

Hazırda oxunan: Xameneinin dəfn mərasiminin TARİXİ AÇIQLANDI

618263

İranın mərhum Ali rəhbəri Əli Xamenei üçün dəfn və vida mərasimlərinin Aşura günlərindən sonra keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatında mərasimlərin 25–26 iyun tarixlərindən dərhal sonra baş tutacağı bildirilir.
 

Qeyd edilib ki, Aşura şiə müsəlmanları üçün ən mühüm matəm günlərindən biri hesab olunur. Bu gün İmam Hüseynin, onun ailə üzvlərinin və səhabələrinin 680-ci ildə baş vermiş Kərbəla hadisəsində həlak olmasının ildönümü kimi qeyd edilir.


Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin