Zelenski Rusiya ilə müharibədə həlledici məqamın çatdığını elan etdi

Hazırda oxunan: Zelenski Rusiya ilə müharibədə həlledici məqamın çatdığını elan etdi

618234

Ukrayna və Avropa iyun və iyul aylarında keçiriləcək Avropa İttifaqı (Aİ) və NATO sammitlərində qəbul ediləcək qərarlara hazırlaşmalıdır.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski Estoniya Prezidenti Alar Karislə keçirdiyi birgə mətbuat konfransı zamanı münaqişədə həlledici məqamın çatdığını vurğulayıb.
 

"Bu gün hamımızın Avropa İttifaqı, G7 ("Böyük Yeddilik") və NATO səviyyəsində keçiriləcək sammitlərdən gözlədiyimiz həmin danışıqlara və qərarlara hazırlaşmaq olduqca vacibdir. Bu ilin iyun və iyul ayları çox şey ifadə edə bilər", – deyə Ukrayna prezidenti bəyan edib.


Qeyd edək ki, 18-19 iyun 2026-cı il tarixlərində Brüsseldə Aİ ölkələri liderlərinin sammiti keçiriləcək. İyulun 7-8-də isə Ankarada NATO-nun növbəti sammiti baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin