Trampın elçiləri Zelenskiyə zəng etdi

Hazırda oxunan: Trampın elçiləri Zelenskiyə zəng etdi

618130

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri — Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı sosial şəbəkə hesablarında verdiyi məlumatda Kişinyov hava limanında texniki dayanacaq zamanı baş tutan bu söhbəti "çox müsbət" kimi qiymətləndirib.

Zelenskinin sözlərinə görə, tərəflər Rusiya və Ukrayna arasındakı münaqişənin başa çatdırılması üçün diplomatik səylərin aktivləşdirilməsini, həmçinin qarşıdan gələn beynəlxalq tədbirləri, o cümlədən G7 ("Böyük Yeddilik") sammitini müzakirə ediblər.
 

Ukrayna lideri həmsöhbətlərinə cəbhədəki mövcud vəziyyət və rəsmi Kiyevin Moskva tərəfinin niyyətləri barədə sahib olduğu məlumatları çatdırıb. O, Ukrayna mövqeyinin müsbət qiymətləndirilməsinə və ukraynalılara göstərilən hörmətə görə ABŞ tərəfinə təşəkkür edib.


Zelenski həmçinin etiraf edib ki, hazırda beynəlxalq birliyin diqqəti böyük ölçüdə İran ətrafında yaşanan gərginliyə yönəlsə də, Avropada sülhün bərqərar olunması hələ də qlobal gündəliyin əsas mövzularından biridir.

Qeyd olunur ki, bu xüsusi danışıq Ukrayna nümayəndə heyətinin xarici səfər marşrutlarında edilən dəyişikliklər və prezident səfərlərinin logistikasının yenidən qurulması fonunda reallaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin