Hörmüz boğazında ABŞ helikopteri qəzaya uğradı

Hazırda oxunan: Hörmüz boğazında ABŞ helikopteri qəzaya uğradı

618124

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Hörmüz boğazı yaxınlığında Amerikanın "Apache" tipli zərbə helikopterinin qəzaya uğraması barədə mediada yayılan xəbərləri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri helikopterin göyərtəsində olan pilotların xəsarət almadığını bəyan edib:

"Pilotlar yaxşıdırlar... Biz bununla bağlı hesabatı sabah dərc edəcəyik, amma əsası odur ki, pilotlar sağ-salamatdır".

Qeyd edək ki, daha əvvəl The New York Times qəzeti "Apache" helikopterinin hələlik məlum olmayan səbəbdən qəzaya uğradığı və hər iki pilotun xilas edildiyi barədə məlumat yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin