Rusiyanın ən varlı qadını ilk dəfə boşanmasından danışdı

Hazırda oxunan: Rusiyanın ən varlı qadını ilk dəfə boşanmasından danışdı

617561

"Wildberries" marketpleysinin 50 yaşlı təsisçisi, Rusiyanın ən varlı qadını Tatyana Kim Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraflar edib.

Bizim.Media xəbər verir ki, milyarder eks-həyat yoldaşı Vladislav Bakalçukla səs-küylü boşanma prosesindən sonra keçirdiyi daxili transformasiyadan və 7 uşaq anası olaraq nəhəng biznes imperiyasını necə idarə etməsindən danışıb.
 

Tatyana Kim ayrılıq prosesinin rəsmi açıqlamadan çox əvvəl – artıq üç il öncə başladığını və bu müddətdə öz üzərində böyük psixoloji iş apardığını qeyd edib. O, övladları ilə münasibətlərini qorumaq üçün hər axşam birlikdə kitab oxumaq kimi ailə rituallarına sadiq qaldığını bildirib.


Xatırladaq ki, Tatyana Kim 2024-cü ildə 20 illik həyat yoldaşından ayrıldığını elan edərək onu uzunmüddətli psixoloji zorakılıqda ittiham etmişdi.

Cütlük arasında "Wildberries"in "Russ" reklam operatoru ilə birləşməsi fonunda yaranan biznes münaqişəsi şirkətin baş ofisində iki nəfərin ölümü ilə nəticələnən atışmaya qədər böyümüşdü.

Hazırda keçmiş həyat yoldaşları arasında əmlak bölgüsü və boşanma prosesi rəsmən başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin