Evində 13,5 ton qızıl TAPDI - Edam cəzası verildi – VİDEO

Hazırda oxunan: Evində 13,5 ton qızıl TAPDI - Edam cəzası verildi – VİDEO

617216

Çində bələdiyyə sədrinin evindən çıxan qızıllarla bağlı iddialar yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə illər əvvəl yayılan və böyük rezonans doğuran görüntülər yenidən müzakirə mövzusuna çevrilib.

İddialara görə, Çində yüksək vəzifəli bələdiyyə rəhbərlərindən birinin evində aparılan axtarış zamanı 13,5 ton qızıl aşkarlanıb. Həmin şəxsin rüşvət və korrupsiya ittihamları ilə istintaqa cəlb olunduğu bildirilir.
 

Yayılan məlumatlarda məmurun qanunsuz yolla böyük sərvət topladığı, bununla bağlı aparılan araşdırmaların isə ölkədə geniş səs-küy yaratdığı qeyd olunur. Bəzi mənbələrdə onun barəsində ağır məhkəmə hökmünün çıxarıldığı da iddia edilir.


Hadisə ilə əlaqədar yayılan görüntülərdə böyük həcmdə qızıl külçələrinin və digər qiymətli əşyaların nümayiş etdirildiyi görünür. Məhz bu kadrlar diqqəti yenidən cəlb edib.

Sosial şəbəkələrdə mövzu ətrafında müxtəlif fikirlər səsləndirilib. Bir çox istifadəçi aşkarlanan sərvətin miqyasına təəccübləndiyini bildirərkən, digərləri yayılan məlumatların doğruluğunu müzakirə edib. (milli.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin