İndoneziyada II Dünya Müharibəsindən qalan bomba partlayıb – Ölənlər var

Hazırda oxunan: İndoneziyada II Dünya Müharibəsindən qalan bomba partlayıb – Ölənlər var

616614

İndoneziyanın balıqçı kəndində, dirəklər üzərində tikilmiş evin altında, ehtimal ki, İkinci Dünya Müharibəsi dövründən qalmış mərmi partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 20-yə yaxın insan isə yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri "Kompas TV" telekanalında nümayiş olunub.

Partlayış alov topunun atılması ilə müşayiət olunub, daha sonra isə göyə qatı tüstü sütunu ucalıb. 9 ev tamamilə dağılıb.
 

"Partlayışın mənbəyinin İkinci Dünya Müharibəsi dövründən qalmış bomba və ya minaatan mərmisi olduğuna dair ciddi əsaslar var", — deyə Papua polisinin nümayəndəsi Çayo Sukarnito "AFP" agentliyinə bildirib.


Üç nəfər hələ də itkin düşmüş hesab olunur, lakin Sukarnito qeyd edib ki, insana məxsus bəzi hissələrin  şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Onun sözlərinə görə, azı 19 nəfər yüngül xəsarətlərlə tibbi yardım alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin