“Mossad”ın İranda gizli bölməsi İFŞA OLDU – Vəzifəli şəxsləri belə sıradan çıxarıblar – DETALLAR

Hazırda oxunan: “Mossad”ın İranda gizli bölməsi İFŞA OLDU – Vəzifəli şəxsləri belə sıradan çıxarıblar – DETALLAR

616030

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranda mövcud rejimin çökməsini sürətləndirmək məqsədilə gizli bölmə yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti məlumat yayıb.

Məlumata görə, İslam Respublikasına sızmaq və ölkədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş əməliyyatların keçirilməsi üçün nəzərdə tutulan bu bölmə İranda hakimiyyətin süqutunu tezləşdirmək strategiyasının bir hissəsidir.
 

Sözügedən struktur 2021-ci ildə, David Barnea "Mossad"ın rəhbəri təyin edildikdən sonra formalaşdırılıb. Bölmə ilkin mərhələdə iranlı yüksəkrütbəli rəsmilərin nüfuzlu vəzifələrindən uzaqlaşdırılması üçün fəaliyyət göstərib. Bunun üçün media və sosial şəbəkələr vasitəsilə həmin şəxslər barəsində ifşaedici (kompromat) məlumatlar sızdırılıb.


Gizli bölmənin yalnız "O." ləqəbi ilə tanınan keçmiş rəhbəri qəzetə açıqlamasında bu cür əməliyyatların sui-qəsdlərlə müqayisədə "daha ucuz və asan" olduğunu bildirib.

O, "Mossad"ın artıq İranda bir neçə yüksəkrütbəli məmurun işdən çıxarılmasına nail olduğunu idarə edərək qeyd edib:

"Bizim İranla işimiz bitməyib, hələ yeni başlayırıq".

Nəşrin Barnea ilə bu yaxınlarda həmsöhbət olmuş mənbələrə istinadən yaydığı digər məlumata görə, "Mossad" rəhbəri ABŞ Prezidenti Donald Trampın İran iqtisadiyyatını bərpa edəcək sazişi imzalamaqdan imtina edəcəyi və blokadanın davam edəcəyi təqdirdə, İslam Respublikasının 2026-cı ilin sonuna qədər çökə biləcəyini düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin