ABŞ İranla müharibəyə neçə milyard XƏRCLƏYİB?

Hazırda oxunan: ABŞ İranla müharibəyə neçə milyard XƏRCLƏYİB?

616006

ABŞ-nin İranda hərbi əməliyyatlara çəkdiyi xərclər 95,2 milyard dolları keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” Pentaqonun ABŞ Konqresinə verdiyi brifinqdə təqdim etdiyi informasiyalara əsasən məlumat yayıb.

Brifinqdə Vaşinqtonun Yaxın Şərqdəki hərbi əməliyyatların ilk altı günündə 11,3 milyard dollar xərclədiyi və münaqişənin hər sonrakı günündə əlavə 1 milyard dollar xərcləməyi planlaşdırdığı bildirilirdi.

Xatırladaq ki bu il 28 fevralda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.

İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də İran tərəfindən vurulub.

İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin