SON DƏQİQƏ! Rusiya Türkiyə gəmisinə zərbə endirdi – FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya Türkiyə gəmisinə zərbə endirdi – FOTO

616001

Rusiya Ukraynadan Türkiyəyə gedən yük gəmisinə PUA ilə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Rəsmi məlumata görə, hadisə gecə saatlarında baş verib. Rusiya ordusu tərəfindən PUA vasitəsilə hədəf alınan "ANT" quru yük gəmisi Vanuatu bayrağı altında (gəminin sahibi olan şirkət Türkiyəyə məxsusdur) Odessa vilayətinin limanlarından birindən yüklə birlikdə Türkiyə istiqamətinə hərəkət edirmiş.

Zərbə nəticəsində gəminin göyərtəsində yanğın baş verib. Yanğın operativ şəkildə lokallaşdırılsa da, heyət üzvlərindən iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin