Tramp İranla onu hansı sazişin qane edəcəyini AÇIQLADI

Hazırda oxunan: Tramp İranla onu hansı sazişin qane edəcəyini AÇIQLADI

615795

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton elə indicə İranla kifayət qədər faydalı bir razılaşma bağlaya bilər, lakin o, yalnız mükəmməl sazişə razıdır.

Bizim.Media xəbər verir ki, “Fox News” telekanalının verdiyi məlumata görə, Amerika lideri bunu Nazirlər Kabinetinin iclası zamanı deyib.

"Biz elə indicə yaxşı, amma mükəmməl olmayan bir saziş bağlaya bilərik. Əgər bu mükəmməl saziş deyilsə, deməli, bizə lazım deyil", – deyə Birləşmiş Ştatların prezidenti bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ İslam Respublikası üçün heç bir boşluq saxlamayan mükəmməl saziş barəsində razılığa gəlməyi bacaracaq. Tramp əlavə edib ki, danışıqlar kifayət qədər yaxşı gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin