Taylandda polis əməkdaşları cinayətkarı tutmaq üçün qeyri-adi üsula əl atdı – FOTO

Hazırda oxunan: Taylandda polis əməkdaşları cinayətkarı tutmaq üçün qeyri-adi üsula əl atdı – FOTO

615304

Taylandda polis əməkdaşları cinayətkarı saxlamaq üçün qeyri-adi üsula əl atıb.

Bizim.Media xəbər verir ki, polisin xüsusi təyinatlı komandası külli miqdarda metamfetamin (həb şəklində) ələ keçirmiş yerli narkobaronu həbs etmək üçün bir qrup rəqqasə kimi maskalanıb.
 

Lopburi əyalətinin Tha Luang rayonunda rəqs qrupu kimi maskalanan polis gizli əməliyyat zamanı bir şəxsi narkotik saxlamaq və qanunsuz qumar oynamaq ittihamı ilə həbs edib. Onlar əməliyyat zamanı şübhəli Mekha Pha-wap-wap-ı tutmaq üçün bir qrup rəqqasə kimi geyinib. Daha sonra isə polislər onunla xatirə selfi çəkdiriblər.


Qeyd edək ki, hadisə yerindən 53 ədəd metamfetamin həbi, narkotik vasitələrin qablaşdırılması və yayılması üçün istifadə edilən 200-dən çox polietilen torba və bir mobil telefon götürülüb.

Şübhəli şəxs oyun avtomatları ilə icazəsiz onlayn kazinonu yaymaq və idarə etmək məqsədi ilə I sinif narkotik maddə saxlamaqda ittiham olunub.

Həmin şəxs hazırda həbsdədir və növbəti məhkəmə prosesini gözləyir. Müstəntiqlər topladıqları sübutları cinayət təqibi üçün yerli polis idarəsinə təqdim ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin