Albaniya Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra bu ölkənin səfiri Aleksey Zaytsevi nazirliyə çağırıb.
Bizim.Media RBK-ya istinadən xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Xoca "X" sosial şəbəkəsində paylaşım edib.
Xocanın iddiasına görə, mayın 24-nə keçən gecə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı binaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Ukraynanın mülki infrastruktur obyektlərinə zərbələr planlaşdırılmayıb və həyata keçirilməyib.
"Albaniyadakı Rusiya Federasiyasının səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə Ferit Xoca bildirib.
Bizim.Media

































































































