Suriya, 1975-ci ildə "Böyük Yeddilik" (G7) təsis edildiyi gündən bəri ilk dəfə olaraq, sammitdə dəvət olunmuş qonaq qismində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu sensasiyalı məlumatı "Reuters" agentliyi mövzuya yaxın üç rəsmi mənbəyə istinadən yayıb.
Cari ilin 15-17 iyun tarixlərində Fransanın cənub-şərqində yerləşən Evian-le-Ben (Évian-les-Bains) şəhərində keçiriləcək sammitdə Suriyanı ölkənin keçid dövrünün prezidenti Əhməd əş-Şaraa təmsil edəcək.
Mənbələr bildirir ki, rəsmi dəvət məktubu bu həftə Parisdə keçirilən G7 danışıqlarında iştirak edən Suriyanın maliyyə naziri Yisru Barniyə təqdim olunub. Suriyalı rəsminin sözlərinə görə, sammit çərçivəsində aparılacaq müzakirələrdə əsas diqqət Suriyanın regiondakı yeni rolu üzərində cəmləşəcək.
Belə ki, İrana qarşı aparılan müharibə nəticəsində strateji Hörmüz boğazının tamamilə bağlanması fonunda, Suriyanın qlobal tədarük zəncirləri üçün "potensial strateji qovşaq (hab)" rolunu oynaması məsələsi Paris və Evian danışıqlarının əsas mövzusu olacaq.
Bizim.Media
































































































