Tayvan ətrafında gərginlik yenidən ARTIR – Trampdan gözlənilməz BƏYANAT

Hazırda oxunan: Tayvan ətrafında gərginlik yenidən ARTIR – Trampdan gözlənilməz BƏYANAT

614529

ABŞ prezidenti Donald Tramp Tayvan lideri Lay Çinte ilə danışacağını bildirib.

Bizim.Media “Euronews”a istinadla xəbər verir ki, bu sözləri Tramp jurnalistlərə açıqlamasında bu barədə danışıb.

"Onunla danışacağam. Mən hamı ilə danışıram. Bu vəziyyət bizim nəzarətimiz altındadır."

O əlavə edib ki, Vaşinqton "Tayvan probleminin" həlli istiqamətində işləyəcək.

Bəyanatdan sonra Tayvan tərəfi Lay Çintenin Trampla danışmağa hazır olduğunu açıqlayıb.

Qeyd olunur ki, Trampın açıqlaması onun ötən həftə Pekinə səfərindən sonra səsləndirilib.

Həmin görüş zamanı Çin lideri Si Cinpin "Tayvan məsələsinin" əhəmiyyətini xüsusi vurğulayıb.

Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və adanın Pekinin nəzarətinə qaytarılmalı olduğunu bildirir. Çin rəhbərliyi bu məqsədlə güc tətbiqini də istisna etməyib.

Bundan əvvəl Tramp Tayvanın Çindən formal müstəqilliyini elan etməməsi ilə bağlı xəbərdarlıq etmişdi və ABŞ-ın mümkün hərbi müdaxiləsinə dair suallar yaratmışdı.

"Mən kiminsə müstəqillik elan etməsini istəmirəm və sonra bizim 9500 mil məsafə qət edib müharibəyə getməyimizi gözləmələrini də istəmirəm. Mən bunu istəmirəm", – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin tərəfləri gərginliyi azaltmağa çağırıb:

"Mən onların sakitləşməsini istəyirəm. Çinin də sakitləşməsini istəyirəm."

Tayvan Xarici İşlər Nazirliyi isə cavabında bölgədə sülh təşəbbüslərinə görə Trampa təşəkkür edib və ölkənin "suveren demokratik dövlət" olduğunu vurğulayıb.

Nazirlik bəyan edib ki, Pekinin Tayvan üzərində hüquqi iddia irəli sürmək səlahiyyəti yoxdur və ada ABŞ ilə əməkdaşlığı davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin