Rusiyada 39 yaşadək şəxslər artıq gənclər kateqoriyasına aid edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar əməkdaşı Olqa Tkaçova açıqlama verib.
Onun sözlərinə görə, yaş hədlərinin dəyişməsi insanların orta ömür uzunluğunun artması ilə bağlıdır.
Tkaçova bildirib ki, müasir insan əvvəlki dövrlərlə müqayisədə daha gec qocalır.
Rusiya rəsmisinin fikrincə, tibbin inkişafı, həyat keyfiyyətinin yüksəlməsi və sağlamlıq göstəricilərinin yaxşılaşması yaş anlayışına yenidən baxılmasına səbəb olub.
Qeyd edək ki, Rusiyada hazırda 14-35 yaş arası şəxslər rəsmi olaraq gənc hesab olunur. Lakin yeni açıqlama yaş meyarlarının gələcəkdə daha da genişləndirilə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Bizim.Media





































































































