Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

Hazırda oxunan: Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

613591

Vatikan mayın 16-da Papa XIV Leonun sentyabrın 25-dən 28-dək Fransaya rəsmi dövlət səfəri edəcəyini açıqlayıb. Bu, Vatikan rəhbərinin təxminən son iyirmi ildə bu ölkəyə reallaşdıracağı ilk rəsmi səfər olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” yazır.

Vatikanın mətbuat xidmətinin bəyanatında bildirilir ki, səfər "dövlət başçısının, ölkənin kilsə rəsmilərinin, həmçinin UNESCO-nun baş direktorunun dəvətinə cavab olaraq" həyata keçirilir.

Səfər çərçivəsində pontifik UNESCO-nun Parisdə yerləşən qərargahını ziyarət edəcək.

Pontifik, həmçinin Fransanın cənub-qərbində tanınmış katolik ziyarətgahı olan Lurdda da səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin