Ən az xərclə istirahət edə biləcəyiniz 6 Avropa ölkəsi - SİYAHI

Hazırda oxunan: Ən az xərclə istirahət edə biləcəyiniz 6 Avropa ölkəsi - SİYAHI

613528

Yay mövsümünün yaxınlaşması ilə Avropada həm münasib qiymətə, həm də izdihamdan uzaq istirahət edilə biləcək ölkələr yenidən gündəmə gəlib. Turizm xərclərinin artdığı bir dövrdə səyahətçilər artıq Paris, Barselona və Venesiya kimi bahalı və turistlərlə dolu şəhərlər əvəzinə daha sərfəli və sakit istiqamətlərə üstünlük verməyə başlayırlar.

Bizim.Media xəbər verir ki, BBC-nin hazırladığı siyahıda bu yay Avropada həm münasib qiymətə, həm də izdihamsız istirahət üçün seçilən əsas ölkələr bunlardır:

Latviya – Baltik regionunda münasib qiymətli şəhər tətilləri ilə seçilir.

Albaniya – ucuz çimərlikləri və Adriatik sahilləri ilə turistlərin diqqətini çəkir.

Monteneqro – həm dəniz, həm də dağ turizmini sərfəli qiymətlərlə təklif edir.

Sloveniya – təbiət və sakit istirahət axtaranlar üçün alternativ məkan sayılır.

Bosniya və Herseqovina – xüsusilə Sarayevo şəhəri büdcəyə uyğun Avropa istiqaməti kimi göstərilir.

Portuqaliya – məşhur turistik şəhərlərdən kənar bölgələrdə daha münasib istirahət imkanları təqdim edir.

Məqalədə qeyd olunur ki, turistlər son illər daha az tanınan, lakin həm qiymət, həm də rahatlıq baxımından üstün olan ölkələrə maraq göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin