Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

Hazırda oxunan: Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

613438

Uqanda Səhiyyə Nazirliyi ölkədə “Ebola” qızdırması epidemiyasının baş qaldırdığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Monitor" qəzeti məlumat yayır.

Qeyd olunur ki, söhbət virusun "Bundibugyo" yarımtipinin yayılmasından gedir.

Qurumun məlumatına görə, virus Uqandaya Konqo Demokratik Respublikasından keçib.

Bundan əvvəl Konqo Demokratik Respublikasında da “Ebola” epidemiyası qeydə alınmışdı. İnfeksiyanın ocağı Monqvalu və Rvampara rayonlarında yerləşir.
 

“Ebola” – kəskin, son dərəcə yoluxucu və ölümcül təhlükəli virus xəstəliyidir. O, ağır intoksikasiya, kəskin hemorragik sindrom (çoxsaylı daxili və xarici qanaxmalar) ilə müşayiət olunur və ştamından asılı olaraq hadisələrin 30-90%-ində ölüm ilə nəticələnir.


“Ebola” virusu insanlara vəhşi heyvanlardan keçir, daha sonra isə insanlar arasında yayılır.

“Ebola”nın ilkin simptomlarına yüksək qızdırma, əzələ, baş və boğaz ağrıları daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin