Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Hazırda oxunan: Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

613035

“Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər”.

Bizim.Media Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.
 

"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək", - Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.


Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin