Donald Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışmış Nik Stüart İran məsələləri üzrə ABŞ-nin danışıqlar komandasına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə CBS telekanalı yazıb.
Mənbə qeyd edir ki, bu addım Vaşinqtonla Tehran arasında diplomatik səylərin ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə atılıb.
Bildirilir ki, Nik Stüart Trampın kürəkəni Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun yer aldığı komandaya qoşulub. Bu dəyişiklik İslamabad danışıqlarının dayandırılmasından az əvvəl baş verib.
Mənbələrin sözlərinə görə, Stüartın ixtisaslaşdığı sahələr nüvə silahlarının yayılmasının qarşısının alınması və İran siyasəti ilə bağlıdır.
Qeyd olunur ki, Stüart daha öncə Nyu-York ştatından respublikaçı konqresmen Klaudiya Teninin müşaviri kimi də fəaliyyət göstərib. Konqresmen Teni onu ABŞ-də İran siyasəti üzrə “ən qabaqcıl ekspertlərdən biri” kimi dəyərləndirib. (Fararu)
Bizim.Media



































































































