ABŞ dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirilən İran gəmisi M/V Touska ekipajı ilə birlikdə İrana qaytarılması üçün Pakistana təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM sözçüsü ABC News-a açıqlamasında bildirib.
Məlumata görə, ABŞ qüvvələri gəminin 22 ekipaj üzvünü Pakistana təhvil verib. Digər 6 ekipaj üzvü isə ötən həftə “regional ölkə”yə verilib.
CENTCOM əlavə edib ki, ötən ay ələ keçirilən gəminin saxlanması prosesi başa çatdırılır və gəmi əvvəlki sahibinə qaytarılır.
Qeyd olunur ki, M/V Touska ABŞ qüvvələri tərəfindən dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxlanılmışdı.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Bizim.Media



































































































