İranın Keşikçilər Şurasının katibi və SEPAH-ın sabiq komandanı Möhsün Rəzai ABŞ-a sərt xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Rəzai ABŞ-ı “dünyada aviadaşıyıcıları olan yeganə pirat” adlandırıb.
“Piratlara qarşı dayanmaq qabiliyyətimiz hərbi gəmiləri batırmaq qabiliyyətimizdən az deyil. Aviadaşıyıcılarınızın və silahlı qüvvələrinizin qəbiristanlığa çevrilməsinə hazır olun”, - deyə o qeyd edib.
İranlı siyasətçi həmçinin İsfahanda ABŞ təyyarəsinin qalıqlarının qaldığını xatırladaraq Vaşinqtona xəbərdarlıq edib.

Bizim.Media
































































































