Çin Tayvan prezidentinin səfərini sərt tənqid etdi

Hazırda oxunan: Çin Tayvan prezidentinin səfərini sərt tənqid etdi

610884

Tayvan Prezidenti Lai Ching-tenin Esvatiniyə səfəri Pekinin kəskin reaksiyasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Lai Çinde Esvatiniyə gözlənilməz səfərə çıxıb və kral III Msvatinin taxta çıxmasının 40 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəyə gəlib.

Tayvan tərəfi bildirir ki, Çin səfərin qarşısını almağa çalışaraq prezidentin təyyarəsinin Hind okeanı regionunda bir sıra ölkələrin hava məkanından keçməsinə mane olub.

Buna cavab olaraq Çin hökuməti Tayvan liderinin davranışını sərt şəkildə tənqid edib və onu təhqiredici ifadələrlə xarakterizə edib.
 

Pekin bu səfəri öz suverenliyinin pozulması kimi qiymətləndirir, çünki Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir.


Qeyd edək ki, Esvatini Cənubi Afrikada yerləşən kiçik krallıqdır və dünyada qalan nadir mütləq monarxiyalardan biri sayılır. Onun əhalisi təxminən 1,3 milyon nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin