Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna rəhbəri Volodimir Zelenski ilə telefon danışığından sonra bir sıra məsələlər üzrə baxışlarda fərqliliklərin olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə slovakiyalı siyasətçi sosial şəbəkədə yazıb.
Fitsonun sözlərinə görə, o, Ukraynanın Avropaya inteqrasiyasına dəstəyini təsdiqləyib və iki ölkənin paytaxtlarına qarşılıqlı səfərlər barədə razılığa gəliblər.
O qeyd edib ki, fərqli mövqelərə baxmayaraq, onları Bratislava ilə Kiyev arasında yaxşı və dost münasibətlərə ortaq maraq birləşdirir.
“Bəzi məsələlərdə fərqli baxışlarımızın olmasına baxmayaraq, bizi Slovakiya Respublikası və Ukrayna arasında yaxşı və dostluq münasibətlərinə dair ümumi maraq birləşdirir”, — deyə o qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:55 / 02.05.2026
Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ
Hazırda oxunan: Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ
Hazırda oxunan: Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ
610807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































