Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Hazırda oxunan: Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

610734

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlara münasibət bildirərək Tehranın istənilən razılaşma ilə çıxış etmədiyini deyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının The Villages bölgəsində tərəfdarları qarşısında çıxış edən Tramp, ona qarşı həyata keçirilən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət önünə çıxaraq İranla müzakirələri tənqid edib:

“İranlılar bizə lazım olan tipdə bir razılaşma ilə gəlmirlər. Bu işi düzgün şəkildə həll edəcəyik.”

O, ABŞ-ın bölgədəki mövcudluğundan geri çəkilməyəcəyini də vurğulayıb:

“Erkən çəkilib problemin yenidən ortaya çıxmasına imkan verməyəcəyik.”
 

Hörmüz boğazındakı gərginliyə də toxunan Tramp keçidin bağlanması səbəbilə təxminən 400 gəminin hərəkətinin məhdudlaşdığını bildirib və İran donanmasına aid 159 gəminin batırıldığını iddia edib.


ABŞ prezidenti həmçinin NATO və Körfəz regionundakı əməliyyatlara çəkilən xərcləri xatırladaraq, Vaşinqtonun kifayət qədər dəstək görmədiyini də qeyd edib.

Xədicə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin