Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Hazırda oxunan: Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

610687

ABŞ İsraillə HƏMAS arasındakı atəşkəsə riayət olunmasına nəzarət etməli və Qəzzaya humanitar yardımın çatdırılmasını əlaqələndirməli olan İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq tənzimlənməsi ilə bağlı planının çıxılmaz nöqtəyə gəlməsi ilə əlaqədardır. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
 

CMCC-nin funksiyaları ABŞ-ın komandanlığı altında olan Beynəlxalq Sabitləşdirmə Qrupuna veriləcək. Amerika hərbi qüvvələrinin sayı 190 nəfərdən 40 nəfərə endiriləcək və onları digər ölkələrdən olan mülki mütəxəssislər əvəz edəcək.


Güman edilir ki, mərkəzin Qəzzaya Beynəlxalq Dəstək Mərkəzi adlandırılacağı gözlənilir. Bununla belə, diplomatlar bu yenidənqurmanın yerlərdəki vəziyyəti dəyişəcəyinə şübhə ilə yanaşırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin