Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Hazırda oxunan: Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

610664

Araqçı və Lavrov telefonla İran ətrafındakı münaqişənin dayandırılmasını müzakirə ediblər

İran və Rusiya Xarici İşlər nazirləri Abbas Əraqçi və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Danışıq zamanı İslam Respublikasının ABŞ və İsrail ilə münaqişənin tənzimlənməsi məsələsindəki mövqeyi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İran xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Cümə günü axşam baş tutan telefon danışığı zamanı İranın Xarici İşlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə İslam Respublikasının müharibəni, eləcə də Birləşmiş Ştatların və sionist rejimin təcavüzünü dayandırmaqla bağlı son mövqeləri və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıb", — deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin