Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Hazırda oxunan: Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

609761

Şri-Lanka hüquq-mühafizə orqanları Kolombonun şimalındakı Bandaranaike beynəlxalq hava limanında 110 kq-dan çox narkotiki daşıdıqları üçün 22 buddist rahibi saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. Qeyd olunub ki, hadisə hava limanının fəaliyyəti tarixində ən böyük narkotik müsadirəsidir.

Məlumata görə, polisin narkotiklərlə mübarizə bürosunun əməkdaşları şənbə günü axşam saatlarında Tailanddan gələn rahiblərin baqajında gizlədilmiş təxminən 112 kq kannabis və həşiş aşkar ediblər.
 

Qanunsuz yükün ümumi dəyəri 1,1 milyard Şri-Lanka rupisindən (təxminən 3,45 milyon dollar) çoxdur. Bazar günü saxlanılan şəxslər respublikanın Qərb əyalətinin Neqombo dairəsində məhkəməyə çıxarılıblar.


Qəzet yazır ki, araşdırma nəticəsində əməliyyatın respublikanın qərbindəki Jamburaliya bölgəsində yerləşən məbədin üç rahibi tərəfindən koordinasiya edildiyi məlum olub. Qrupun digər 19 üzvü isə onlar tərəfindən Facebook vasitəsilə işə cəlb edilib.

İlkin məlumatlara görə, çoxunun yaşı 30-dan aşağı olan gənc rahibləri pulsuz aviabilet, yaşayış və yemək vədləri ilə şirnikləndiriblər. Onlara məktəblilər üçün "dərs ləvazimatları və şirniyyat" daşıyacaqları deyilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin