İraq on ildən çox bağlı qalan Suriya ilə sərhəddəki Rabiə-Til Koçer sərhəd keçidi məntəqəsini yenidən açıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İraq sərhəd rəsmiləri məlumat yayıblar.
Qeyd olunub ki, qərar İranla münaqişənin səbəb olduğu Fars körfəzində dəniz təchizatında yaranan fasilələr fonunda quru əsaslı yanacaq neftinin ixracını genişləndirmək və sərhədyanı ticarəti bərpa etmək üçün verilib.
Nineviya əyalətinin şimalında yerləşən keçid məntəqəsindən neft məhsulları və kommersiya yüklərinin daşınması üçün istifadə olunacaq.
İraq Sərhəd Limanları Komissiyasının rəhbəri Ömər əl-Valiyə görə, Rabia-Til Koçer keçid məntəqəsinin yenidən açılması mövcud olan yeganə keçid məntəqəsi Əl-Vəliddə tıxacları azaldacaq və neft tankerlərinin hərəkətini sürətləndirəcək.
Bizim.Media






































































































