Latviya və Litva Fitsonun təyyarəsini Moskvaya buraxmayacaq

Hazırda oxunan: Latviya və Litva Fitsonun təyyarəsini Moskvaya buraxmayacaq

608053

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Latviya və Litva onun təyyarəsinin Moskvaya uçuşuna icazə verməyəcək.

Bizim.Media xəbər verir ki, siyasətçi buna baxmayaraq Rusiyaya uçuş üçün alternativ marşrutun tapılacağını deyib.
 

Fitso qeyd edib ki, oxşar vəziyyət 2025-ci ildə də yaşanıb. Həmin vaxt Estoniya, Latviya və Litva da onun təyyarəsinin Rusiya istiqamətində uçuşuna icazə verməmişdi.


TASS-ın aviadispetçer xidmətlərindəki mənbəyə istinadən yaydığı məlumata görə, Fitso Latviya və Litvadan yan keçməklə Moskvaya üç mümkün marşrutla uça bilər.

Bunlar Macarıstan, Rumıniya və Qara dəniz üzərindən, Avstriya, İtaliya, Aralıq dənizi və Türkiyə üzərindən, həmçinin Polşa və ya Çexiya, Almaniya istiqamətindən Baltik dənizinə çıxmaqla mümkün hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin