Qonşusunu yanğından xilas etmək istədi - Özü HƏYATINI İTİRDİ

Hazırda oxunan: Qonşusunu yanğından xilas etmək istədi - Özü HƏYATINI İTİRDİ

607614

Türkiyənin Tokat vilayətinin Niksar rayonunda qonşusunun evində baş verən yanğına kömək etmək üçün içəri daxil olan qadın xəstəxanada həyatını itirib.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə aprelin 12-də rayonun Melikgazi Məhəlləsi ərazisində qeydə alınıb. 

Məlumata görə, Hamdi Çavuş küçəsində yerləşən, S.G.-yə məxsus iki mərtəbəli evdə heç kimin olmadığı vaxt naməlum səbəbdən yanğın baş verib.

Evdən qalxan tüstünü görən qonşu Zübeyde Şimşek vəziyyəti yoxlamaq üçün evin arxa qapısını sındıraraq içəri daxil olub və ev sahibinə kömək etmək istəyib.
 

Evdə kiminsə ola biləcəyi ehtimalı ilə sıx tüstü ilə dolu binaya daxil olan yanğınsöndürənlər axtarış zamanı huşsuz vəziyyətdə olan Zübeyde Şimşeki aşkar ediblər. Ağır vəziyyətdə Niksar Dövlət Xəstəxanasına çatdırılan qadın daha sonra Kayseri şəhərindəki xəstəxanalardan birinə göndərilib.


Həkimlərin bütün səylərinə baxmayaraq, Zübeyde Şimşekin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin