Çernobıl yenidən təhlükə saçır – QORXUNC XƏBƏRDARLIQ

Hazırda oxunan: Çernobıl yenidən təhlükə saçır – QORXUNC XƏBƏRDARLIQ

607443

Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyası Rusiyanın dron hücumlarından sonra təmir edilə bilməsə, atmosferə yüksək səviyyədə radioaktiv toz buraxıla bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə beynəlxalq ekoloji Greenpeace təşkilatı xəbərdarlıq edib.

Çernobıl Atom Elektrik Stansiyasının 1986-cı ildəki nüvə fəlakətindən sonra tikilmiş qoruyucu qurğusu ciddi risklə üzləşib. Mütəxəssislərin fikrincə, qurğunun səthi qatı zədələnərsə, ətraf mühitə yüksək radioaktiv tozun buraxılması ehtimalı var.

Greenpeace nüvə mütəxəssisi Şon Börni qurğunun içərisində təxminən dörd ton yüksək radioaktiv toz və yanacaq hissəciklərinin olduğunu bildirərək deyib:

"Radioaktiv hissəciklər sərhəd tanımır".

Börni həmçinin saxlama qurğusunun hazırda layihələndirildiyi kimi işləmədiyini və buna görə də sızma riskinin tamamilə aradan qaldırıla bilməyəcəyini söylədi. Təmir üçün isə 500 milyon avro tələb olunur. Zərərin maliyyə dəyəri və təcili bərpa ehtiyacı da G7 görüşlərində müzakirə edilib, amma hələ vəsait ayrılmayıb. Greenpeace, ərazidəki hərbi gərginliyin zəruri təmir işlərini ləngitdiyini qeyd edib.

Xatırladaq ki, Çernobıl faciəsi 1986-cı ildə baş verib. Doqquz gün davam edən yanğından təkcə SSRİ deyil, Şərqi Avropanın bəzi bölgələri də zərər görmüşdü.

Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, Greenpeace araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir. Sonrakı günlər və həftələr boyunca 134 əsgər, 28 yanğınsöndürən radiasiya səbəbi ilə xəstəxanaya yerləşdirilib və sağ qalmayıb.

10 il ərzində neçə-neçə adam dəri, ağciyər və qalxanabənzər vəz xərçəngindən vəfat edib.Çernobıl qəzası Yaponiyadakı Fukuşima fəlakətindən sonra tarixdə 2-ci böyük nüvə fəlakətidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin