Rəsmi Bakı Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı əhəmiyyətli yardım göstərib.
Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.
Onun sözlərinə görə, Bakı rusiyalılara 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astara” sərhəd-keçid məntəqəsindən istifadə imkanı yaradıb.
Diplomat qeyd edib ki, bu keçid Rusiyanın Tehrandakı səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında mümkün olub.
Bizim.Media



































































































