ABŞ və İran arasında danışıqların yeni mərhələsi yaxın iki gün ərzində baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "New York Post"a (NYP) bildirib.
"Siz həqiqətən orada [Pakistanda – red.] qalmalısınız, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər", - deyə Ağ Ev rəhbəri İranla danışıqlara toxunaraq bildirib.
ABŞ lideri qeyd edib ki, Pakistanın hərbi rəhbərliyinin, xüsusən də feldmarşal Asim Munirin rolu sayəsində danışıqların Pakistanın paytaxtında davam etdirilməsi daha çox ehtimal olunur:
"Bu, daha inandırıcıdır, bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - o bildirib.
Bizim.Media





































































































