ABŞ və İran arasında keçirilən görüşlərin nəticəsiz qalmasından sonra tərəflərin bu həftə yenidən Pakistanın paytaxtı İslamabadda bir araya gəlməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, əvvəlki danışıqlarda razılıq əldə olunmaması bölgədə gərginliyi artırıb. Vaşinqton İranın atəşkəsi pozduğunu bildirərək Hörmüz boğazında nəzarəti sərtləşdirib.
Buna baxmayaraq, diplomatik təmaslar tam dayanmayıb. Bildirilir ki, tərəflər atəşkəsin daha sabit formaya salınması, İranın nüvə proqramı və regional təhlükəsizlik məsələlərini yenidən müzakirə etməyə hazırlaşırlar.
Hələlik rəsmi açıqlama verilməsə də, diplomatik mənbələr görüşlərin yaxın günlərdə dəqiqləşəcəyini bildirirlər.
Bizim.Media
































































































