“Mən Pyotr Poroşenkoya kömək etməyə hazıram”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilli çıxış edib.
O, qısa zamanda gürcü islahatçı komandasının Ukraynaya gələcəyini qeyd edib:
“Çox qısa müddətdə Gürcüstanın islahatçı komandası Ukraynaya gələcək. Bu komanda hələ bir neçə il bundan qabaq “Gürcüstanın iqtisadi möcüzəsi”ni yaratmışdılar. Ukraynanın ədliyyə, iqtisadi nazirliyində və digər sahələrdə yetərincə gürcü məsləhətçiləri var. Onlar Ukraynaya yardım etmək üçün əllərindən gələni etməyə hazırdılar”.






























































































