Moderator.az-ın məlumatına görə, Putin qanuni zərurətlər yerinə yetirildikdən sonra Krım yarımadasında yaşayanların da Rusiya vətəndaşı olacaqlarını irəli sürərək hər kəsin bərabər hüquqlara sahib olmasını söyləyib.
Maksim Topol Putinin təlimatı üzrə Krım Muxtar Respublikasında yaşayan pensiyaçıların təqaüdlərinin artırılması ilə əlaqədar işlərin görüləcəyini deyib. Rusiyanın əmək naziri Krım Muxtar Respublikasında yaşayan pensiyaçıların təqaüdlərinin Rusiyadakı pensiyaçıların təqaüdü səviyyəsində ola bilməsi üçün Rusiya Dövlət Dumasının millət vəkiləri ilə müzakirələr aparılacağını da söyləyib.


































































































