İran Avropaya qaz kəməri çəkir

Hazırda oxunan: İran Avropaya qaz kəməri çəkir

38199
"İran Avropaya təbii qaz boru xətti çəkməyi planlaşdırır". Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. O bildirib ki, 5 Avropa ölkəsi İrandan təbii qaz almağa hazırlaşır: 

"Avropanın 500-525 milyard kubmetr civarında qaz tələbatı 2035-ci ildə təxminən 700 milyard kubmetrə çıxacaq. Bu enerji rezursu hansısa qaynaq hesabına qarşılanmalıdır. Düşünürəm ki, enerji sektoru sülh üçün bir vasitə olmalıdır".

Taner Yıldız həmçinin İranın planlaşdırdığı qaz boru xəttinin Türkiyədən keçməsinə razılıq verdikləri üçün düzgün addım atdıqlarını sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin