Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin İdarə Heyyətinin iclası keçirilmiş, iclasda təşkilati məsələlərə baxılmış, görüləcək işlər planlaşdırılmışdır. Bundan əlavə Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əziz bugünə qədər görülən işlərlə bağlı məlumat verərək bundan sonra şəxsi işlərinin çoxluğu ilə əlaqədar olaraq sədrlikdən istefa vermək istədiyini və bu istefasının idarə heyyəti tərəfindən qəbul edilməsini xahiş etmişdir. O eyni zamanda bildirmişdir ki sədrlikdən istefa verməsi gələcəkdə görülən işlərlə bağlı onun məsuliyyətdən uzaqlaşması kimi dəyərləndirilməməlidir və o bundan sonra da bütün gücüylə təşkilata yaxından kömək edəcəyini bildirmişdir.
Moderator.az-ın verdiyi xəbərə görə
, İdarə Heyyəti müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etmişdir :
Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əzizin istefası ilə bağlı etdiyi xahişi qəbul etmiş, eyni zamanda yeni rəhbər olaraq Altay Rüstəmli , icraçı direktor olaraq Rəşad Xasayoğlu (Quliyev) , maliyyə məsələlər üzrə müavin Ağa Ağayev seçilmişdir. İdarə Heyyəti yeni heyyətə fəaliyyətində uğurlar arzu etmiş, Almaniyada Azərbaycan Mədəniyyətinin təbliğ olunmasında eyni zamanda Almaniya Azərbaycan xalqları arasında mədəni əlaqələrin qurulmasında öz töhfəsini verəcəyini ümidvar olduqlarını söyləmişlər.
Xatırladaq ki , Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin , Enerjinin İdare Edilməsi fakultəsində təhsil alır, özəl şirkətdə əlaqələndirici olaraq işləyir. Evlidir , bir övladı var.
Maliyyə məsələləri üzrə yeni seçilmiş Ağa Aağayev Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakiltəsini bitirib, iş adamıdır, 10 ildir ki Almaniyada yaşayır, Evlidir üç övladı var.
P.S . Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi istər ölkəmizdə istərsə də Almaniyada siyasi proseslərə qarışmamaqla yanaşı fərqli siyasi, dini, irqi, milli mənsubiyyət sahiblərinə hörmətlə yanaşır, ölkəmizin, xalqımızın milli mədəniyyətinin təbliğ olunmasında hər kəslə əməkdaşlığa hazır olduğunu , fərqli düşüncə sahiblərinin birləşdiyi ictimai təşkilat olduğunu bəyan edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.