Ermənistanda rus hərbçilərinə hücum başlanıb

Hazırda oxunan: Ermənistanda rus hərbçilərinə hücum başlanıb

34447
Ermənistanda xidmət edən rus hərbçilərinə hücum başlanıb. Rusiya federal təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin məlumatına görə, sentyabrın 25-də Ermənistan-Türkiyə sərhəddi yaxınlığında sənədləri yoxlanmaq üçün bir avtomobil saxlanıb. 

Avtomobildə olan Ermənistan parlamentinin üzvü Zarui Postancyan çox kobud tərzdə hərbçilərdən avtomobilin saxlanma səbəbini izah etməyi tələb edib. Sərhədçilərdən müfəssəl cavab alan deputatın sifəti dəyişib və özünü daha ədəbsiz apararıb. Rusiyaya qarşı təhqirlər və millətçi şüarlar səsləndirən deputat hərbçiləri təhqir edib. 

Yalnız əlavə dəstə gəldikdən sonra qızışan millət vəklini və onun yoldaşlarını sakitləşdirmək mümkün olub. 

Ermənistanda antirusiya əhval-ruhiyyəsi bu Zaqafqaziya ölkəsinin Gömrük İttifaqına daxil olması qərarından sonra kəskin şəkildə yüksəlib. Ölkədə hesab edirlər ki, bu məsələdə Rusiya Ermənistana güclü təzyiq göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin