Obama hərbi əməliyyata başlamaq üçün Konqresə müraciət etdi

Hazırda oxunan: Obama hərbi əməliyyata başlamaq üçün Konqresə müraciət etdi

33016

 ABŞ prezidenti Barak Obama Suriyada hərbi əməliyyata başlamaq üçün rəsmi şəkildə Konqresə müraciət edib. ANS PRESS-in BBC Russian-a istinadən verdiyi məlumata görə, təklif edilən qanun layihəsi Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatdan istifadə etməyə imkan verir. 

"Biz Suriyada baş verənlərə göz yuma bilmərik. Hərbi əməliyyatlar sabah, gələn həftə, yaxud da yaxın gələcəkdə başlaya bilər", - deyə Barak Obama bildirib. 

Obamanın Konqresə təqdim etdiyi sənədin müzakirəsinin sentyabrın 9-dan sonra başlanacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin