Putin Qorbaçovun Reyqanla imzaladığı məşhur sazişi tənqid etdi: “Bu, axı SSRİ-nin birtərəfli tərksilah olunması demək idi...”

Hazırda oxunan: Putin Qorbaçovun Reyqanla imzaladığı məşhur sazişi tənqid etdi: “Bu, axı SSRİ-nin birtərəfli tərksilah olunması demək idi...”

251814
“ABŞ-la orta və yaxın mənzilli raketlərləxa0 bağlı sazişxa0 faktiki olaraq SSRİ-nin birtərəfli qaydada tərksilah olunması idi”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu saziş 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb, orta və yaxın mənzilli raketlərin ləğv edilməsini nəzərdə tuturdu: “Sazişə əsasən yerüstü təyinatlı raketlər ləğv edilib.xa0 SSRİ-də isə başqa raket sistemi yox idi. ABŞ-da isə həm dəniz, həm də hava bazaları vardı. Bizdə isə yox idi. Odur ki, SSRİ-nin nöqtəyi-nəzərincə bu birtərəfli tərksilah sayılırdı. Nə üçün SSRİ rəhbərliyi belə birtərəfli tərksilaha gedib – Allah bilir.”-deyə Putin Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçovun “bostanına daş atıb”.

Putin deyib ki, ABŞ-ın bu sazişdən çıxması ilə Rusiyaya özünün hava, dəniz sistemini modernləşdirməyə və yerüstü bazalar qurmasına imkan verəcək.

Xatırladaq ki, 1987-ci ildə imzalanmış bu saziş “soyuq müharibə” epoxasını dağıdan bir sənəd kimi qəbul olunur. Sazişi SSRİ-nin rəhbəri Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan imzalayıb.

Ötən ay ABŞ prezidenti Tramp bu sazişdən çıxacaqğını bəyan edib.(Strateq.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin