Misirdə istirahət etdiyi zaman həyatını itirən adamın cansız bədəni ölkəsinə gətirildikdə böyrəkləri və ürəyinin yerində olmadığı ortaya çıxıb.
Moderator.az xəbər verir ki, İngiltərə vətəndaşı 62 yaşlı adam ötən ay Misirin Hurgada şəhərində qaldığı otelin hovuzunda nəvələri ilə oynayarkən həyatını itirib. Ailənin etirazlarına baxmayaraq, Misirli həkimlər adamın cansız bədəninin yararaq ürəyinin dayandığı açıqlayıblar.
xa0
Yaşlı adamın cansız bədəni daha sonra ölkəsinə gətirilib və bir daha ekspertiza olunub. Meyitin yarılması nəticəsində ölən şəxsin ürəyi, böyrəkləri və qara ciyərinin bir qisminin yerində olmadığı məlum olub.
xa0
Digər tərəfdən adamın ölmədən bir həftə əvvəl ürəyindəki ağrı səbəbindən xəstəxanaya aparıldığı, həkimlərin də antibiotik yazıb geri göndərdiyi də qeyd olunub.
Qeyd edək ki, İngilis mətbuatında Misirli həkimlər xəstənin orqanlarını qanunsuz şəkildə almaqla günahlandırılıb. Ancaq Misirli rəsmilər ittihamların əsassız olduğunu bildiriblər.
Kamran





































































































